"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il
23 aprel tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş "İlk
peşə-ixtisas təhsili pilləsinin dövlət standartı və
proqramı (kurikulum)"nda dəyişikliklər edilməsi haqqında"
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il
18 oktyabr tarixli 307 nömrəli qərarının icrasını təmin
etmək məqsədi ilə Azərbaycan Respublikasının Təhsil
Nazirliyi haqqında Əsasnamə"nin 13.5-ci bəndini rəhbər
tutaraq
ƏMR EDİRƏM:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü
il 18 oktyabr tarixli 307 nömrəli qərarı rəhbərlik və
icra üçün qəbul edilsin.
2. Texniki-peşə təhsili şöbəsi (N.Məmmədov) ilk peşə-ixtisas
təhsili müəssisələrində qrupların komplektləşdirilməsini
qərarın tələbinə uyğun olaraq təmin etsin.
3. İnformasiya şöbəsi (E.Əliyev) əmrin "Azərbaycan
müəllimi" qəzetində, "Sənətkar" jurnalında dərc
olunmasını və çoxaldılıb yerlərə göndərilməsini təmin
etsin.
4. Əmrin icrasına nəzarət təhsil nazirinin müavini
Ceyhun Bayramova həvalə edilsin.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
9 dekabr 2013-cü il |