Milli
Konservatoriyanın tərkibində Respublika İncəsənət
Gimnaziyasında teatr şöbəsinin şagirdlərinin iştirakı
ilə Süleyman Sani Axundovun "Qaraca qız" və Ələsgər
Qurbanovun "Keçəlin kələyi" nağıllarının tamaşaları
göstərilib.
Tamaşa başlamamışdan əvvəl gimnaziyanın şagirdləri
Rəvan Hüseynov və Reyli Musayevanın təqdimatında milli
rəqs nömrələri ifa olunub. Ayla Qafqazlı, Aydan
Bağırova, Samir Ramazanovun iştirakı ilə "Qaraca qız" və
Rəngamiz Qulamrza, Kənan Qurbanov, Mənsurə Qurbanova,
Ayla Qafqazlı, Elgün Məmmədlinin iştirakı ilə "Keçəlin
kələyi" tamaşaları iştirakçılar tərəfindən rəğbətlə
qarşılandı.
Gimnaziyanın direktoru Mahizər Şabanbəyova şagirdləri
yaxşı çıxışlarına görə təbrik edib, onlara gələcək
həyatlarında yeni-yeni uğurlara imza atmağı arzulayıb.
Tədbirdə iştirak edən "Keçəlin kələyi" nağılının
müəllifi Ələsgər Qurbanov, əməkdar artist Novruz Qartal
və başqaları uşaq tamaşalarının yüksək səviyyədə təşkil
olunmasından və şagirdlərin istedadından danışıblar.
Tamaşaların rejissorları Elnarə Quliyeva, Mahi Səfərova
və quruluşçu rejissor Əliheydər Şahbazova minnətdarlıq
bildirilib. |