Noyabrın 30-da "Oriqami" Reabilitasiya Mərkəzində 3
dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə sağlamlıq
imkanları məhdud uşaqlar üçün bayram şənliyi keçirilib.
Tədbirdə 100-dən artıq uşaq və onların valideynləri
iştirak ediblər. Bayram şənliyində Suraxanı Rayon İcra
Hakimiyyətinin başçısı İlqar Abbasov, Azərbaycan
Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin
müavini İlqar Rəhimov, Respublika Əlillər Təşkilatının
prezidenti Davud Rəhimov, "Azərsun Holdinq" Şirkətlər
Qrupunun, Azərbaycan Respublikası Təhsil Nazirliyinin,
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin,
Ombudsman təsisatının və digər təşkilatların
nümayəndələri iştirak ediblər.
Bayram tədbirində sağlamlıq imkanları məhdud uşaqlar
şeirlər və mahnılar söyləyib, kiçik səhnəciklər nümayiş
etdiriblər.
Tədbirin sonunda hər bir uşağa xatirə hədiyyələri təqdim
edilib.
Hicran ƏKBƏROVA,
"Azərbaycan müəllimi" |