Dekabrın
1-də gənclər arasında "Nə? Harada? Nə zaman?" oyunu üzrə
VI Çağırış Kubokunun final mərhələsi keçirilib.
İntellektual oyun Azərbaycan Respublikası Prezidenti
yanında Gənclər Fondunun maliyyə, Azərbaycan
İntellektual Oyunlar Federasiyasının təşkilati dəstəyi
və "Nə? Harada? Nə zaman?" Klublarının Beynəlxalq
Assosiasiyasının lisenziyası ilə Azərbaycan Müəllimlər
İnstitutu (AMİ), "İrəli" İctimai Birliyi, "Xəzər"
İntellektual Gənclər Klubu və MFX Group-un birgə
təşkilatçılığı ilə keçirilib.
İntellektual yarışda Bakı üzrə, AMİ-nin Şamaxı, Quba,
Salyan, Cəlilabad, Ağcabədi, Mingəçevir, Şəki, Zaqatala,
Gəncə, Qazax, Sumqayıt filiallarında, Lənkəran,
Naxçıvan, Beyləqan, Biləsuvarda keçirilmiş seçim turları
nəticəsində finala vəsiqə qazanmış 71 komanda iştirak
edib. Kempinski Hotel Badamdarda keçirilmiş finalda
giriş sözü ilə çıxış edən Xəzər İntellektual Gənclər
Klubunun sədri Seymur Teymurov turnirin əhəmiyyəti və
görülən işlər barədə danışıb. O, "Nə? Harada? Nə zaman?"
oyunu VI Çağırış Kubokuna ümumilikdə 2000-ə yaxın gəncin
cəlb olunduğunu, Kubokun KİV-lərdə və sosial şəbəkələrdə
geniş işıqlandırıldığını vurğulayıb.
Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi
şöbəsinin məsul əməkdaşı Vüsal Quliyev, Milli Məclisin
deputatı Ceyhun Osmanlı, Azərbaycan Prezidenti yanında
Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov, MFX Group
şirkətinin rəhbəri Yevgeniy Jidkov da çıxış edərək
intellektual oyunların gənclərin inkişafında əhəmiyyətli
yer tutmasından, ölkə rəhbərliyinin uğurla apardığı
gənclər siyasətinin əhəmiyyətindən danışıblar.
Azərbaycan Müəllimlər İnstitutunun tərbiyə işləri üzrə
prorektoru Rəşad Sadıqov institutda və onun
regionlardakı filiallarında intellektual oyunların
inkişafından danışıb, seçim turlarında 120-dən çox
komandanın AMİ-ni təmsil etdiyini və 20 komandanın
finala vəsiqə qazandığını vurğulayıb. O qeyd edib ki,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunmuş
"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət
Proqramına uyğun müxtəlif tədbirlərin, yarış və
müsabiqələrin həyata keçirilməsinə, tələbələrin ictimai
fəallığının artırılmasına institutun rektoru, Milli
Məclisin deputatı Aqiyə Naxçıvanlı xüsusi diqqət
yetirir. İnstitutda və bütün filiallarında intellektual
oyunlar üzrə klub yaradılıb, universitet liqası təşkil
olunub, mütəmadi olaraq oyunlar keçirilir. Bildirilib
ki, AMİ bu il mayın 26-da keçirilmiş ümummilli lider
Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Nə?
Harada? Nə zaman?" oyunu üzrə Tələbələrarası II
Azərbaycan Çempionatının da təşkilatçılarından biri
olub.
Çempionatın gedişində yaxından iştirakına görə yarışın
Təşkilat Komitəsinin qərarı ilə AMİ-nin ikinci kurs
tələbəsi Əli Nadirli fəxri fərmanla təltif olunub.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən
yarışın qalibləri kubok, diplom, medal və Akademiya
Kitab Mərkəzi tərəfindən təqdim olunan kitablarla
mükafatlandırılıblar.
AMİ-nin Mətbuat xidməti |