Türkiyənin Balıkəsir vilayətində təhsil alan tələbələr
və vilayət rəhbərləri ilə keçirilmiş görüşlərdə iki
qardaş ölkə arasında təhsil sahəsində əməkdaşlığın
yüksək səviyyəsindən məmnunluq ifadə edilmiş və
tələbələrin problemləri müzakirə olunmuşdur.
AzərTAc xəbər verir ki, Azərbaycanın Türkiyədəki
səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibovanın
Balıkəsir valisi Əhməd Turan ilə və bələdiyyə sədri
İsmayıl Ok ilə keçirdiyi görüşlərdə buradakı
universitetdə təhsil alan azərbaycanlı tələbələrin
vilayətin ictimai və mədəni həyatında iştirakı
problemləri müzakirə edilmişdir.
N.Nəsibova dövlətimizin xarici ölkələrdə, o cümlədən
qardaş Türkiyədə təhsil alan gənclərimizə göstərdiyi
diqqət və qayğıdan da bəhs etmiş, diplomatik
nümayəndəliyimizin daim onların problemləri ilə
maraqlandığını vurğulamışdır. |