Bakı Slavyan Universitetinin (BSU) Moskva Dövlət
Linqvistik Universitetindəki Azərbaycan dili və
mədəniyyəti mərkəzində Azərbaycanın xalq şairi Nigar
Rəfibəylinin 100 illiyinə həsr olunmuş "açıq dərs"
keçirilmişdir.
BSU-dan AzərTAc-a bildirmişlər ki, universitet
rəhbərliyinin, rusiyalı və əcnəbi tələbələrin iştirak
etdikləri "açıq dərs"də mərkəzin direktoru, professor
B.Musayeva dinləyiciləri şairin həyat və yaradıcılığı
ilə tanış etmişdir.
Sonra "Rəfibəylilər" sənədli filmindən parçalar nümayiş
etdirilmiş, N.Rəfibəylinin sözlərinə yazılmış mahnılar
və şeirlər səsləndirilmişdir.
Azərbaycan şairinin yaradıcılığı dinləyicilərin böyük
marağına səbəb olmuş, onlar dərsin təşkilatçılarına
minnətdarlıqlarını bildirmişlər. |