Dekabrın 14-də Azərbaycan Respublikasının Təhsil
Nazirliyi tərəfindən Azərbaycan müəllimlərinin XIV
qurultayının keçirilməsi nəzərdə tutulub.
Azərbaycan müəllimlərinin XIV qurultayı ilə bağlı
təkliflərin qəbulu məqsədi ilə Təhsil Nazirliyi
tərəfindən müvafiq elektron poçt ünvanı istifadəyə
verilmişdir.
Təhsil ictimaiyyətinin nümayəndələri, mütəxəssislər və
digər əlaqədar şəxslər qurultayda müzakirəsi
məqsədəuyğun hesab edilən məsələlərlə bağlı müvafiq
təkliflərini
qurultay@edu.gov.az elektron poçt ünvanına
göndərə bilərlər. |