Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

29 Noyabr 2013 - №46

 

İdman məktəbinin yetirmələri medalların sayını artırırlar

 

Böyütmək üçün şəkili seçinBakıdakı 13 nömrəli  İxtisaslaşdırılmış Olimpiya  Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi uğurlarını artırmaqda davam edir. Məktəbin cüdo bölməsində məşqçi Tərlan Həsənovun  yetirmələrindən 1993-cü il təvəllüdlü  Məhəmmədəli Mehdiyev və  1997-ci il təvəllüdlü Hidayət Heydərov  bu il ərzində öz uğurlu çıxışları ilə seçiliblər.

İdman məktəbinin direktoru Rüfət Eyyubovdan aldığımız məlumata görə,  Məhəmmədəli Mehdiyev fevralın 2-3-də Gürcüstanda keçirilən dünya kuboku uğrunda  yarışda iştirak edərək III yerə çıxıb. Bundan başqa, aprelin 6-sı və 7-də gənclər arasında Avropa kuboku uğrunda keçirilmiş yarışda II pilləyə yüksəlib.  İyul ayıında Rusiyanın Kazan şəhərində gənclər arasında keçirilən XXVII dünya Universiadasında III yeri tutub. Məhəmmədəli sentyabrda Çexiyada gənclər arasında keçirilən Avropa çempionatında da iştirak edərək III  yeri qazanıb.  Daha sonra oktyabrın 23-27-də Sloveniyada gənclər arasında dünya birinciliyində 81 kq çəki dərəcəsində uğurla çıxış edərək  bürünc medala layiq görülüb.

Hidayət Heydərov isə 66 kq çəki dərəcəsində noyabrın 6-sı və 7-də kişilər arasında keçirilən Azərbaycan çempionatında fəxri kürsünün yüksək pilləsinə qalxaraq çempion olub. Bundan başqa, bu  yarışda idman məktəbinin cüdo bölməsinin digər yetirmələrindən 1989 -cu il təvəllüdlü Elvin Əhmədli 73 kq çəki dərəcəsində II, 1995-ci il təvəllüdlü Vəfa Eyvazova 52 kq çəki dərəcəsində III, 1997-ci ildə anadan olan Aidə Baxışova isə 63 kq çəki dərəcəsində III yerə yüksəliblər.  

Rəşad ZİYADOV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov