Bakı
Modern Məktəbində "Əgər mən prezident olsaydım"
mövzusunda inşa müsabiqəsi keçirilib. Şagirdlərin
müxtəlif fikirləri, maraqlı yanaşmaları komissiya
üzvlərini heyran edib. Sonra qaliblər müəyyən edilib.
İnşa müsabiqəsinin qaliblərini təbrik və təltif etmək
üçün Bakıdakı 6 nömrəli məktəbin müəllimi, Prezident
İlham Əliyevin biologiya müəllimi Emma Kazımova təhsil
ocağının qonağı olub. Şagirdləri təbrik edən Emma
xanım sevimli şagirdi İlham Əliyev haqqında çox böyük
fəxr hissi ilə danışıb. Dünya şöhrətli şagirdinin
məktəb illərində necə əzmlə oxumasından, yüksək
mədəniyyətindən söz açıb.
E.Kazımova onu da söyləyib ki, İlham Əliyev bütün
fənləri eyni məhəbbətlə oxuyurdu. Bu da ona həyatda
böyük uğurlar gətirib. |