Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

29 Noyabr 2013 - №46

 

Xəzər Universitetinin Hüquq Tədris Mərkəzində insan hüquqları üzrə təlimlərə başlanılıb

 

Xəzər Universitetinin Hüquq Tədris Mərkəzində insan hüquqları üzrə 4 aylıq kursların keçirilməsinə başlanılıb. Qeyd edək ki, bu universitetlə Azərbaycan Hüquqşünaslar Konfederasiyasının birgə layihəsi olan mərkəz  ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə  təhsil ocağının humanitar və sosial elmlər fakültəsində yaradılıb.

Təlimin açılışı ilə bağlı təşkil edilən tədbirdəki çıxışında  HTM-in rəhbəri Cabir Xəlilov  mərkəzin fəaliyyəti və həyata keçiriləcək layihə  haqqında ətraflı  məlumat verib.

Mərkəzin əlaqələndiricisi Leyla Niyazova təlimlərin əhəmiyyətindən   danışıb.

Bildirilib ki, tədris mərkəzinin fəaliyyəti, əsasən, cari tədris ilində hüquqşünas tələbələr üçün insan hüquqları üzrə təlim kurslarının keçirilməsi və vəkil olmaq istəyən gənc hüquqşünasları imtahanlara hazırlaşdırmaqdan ibarətdir.

Təlimdə Xəzər Universiteti, Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri iştirak edirlər.

"Əsas insan hüquqları və azadlıqları" mövzusunda ilk təlimi Avropa Şurası Bakı ofisinin proqram əlaqələndiricisi və Xəzər Universitetinin müəllimi Aynur Cəfərova aparıb. 

Hicran ƏKBƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov