Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

29 Noyabr 2013 - №46

 

  Gənclər yeni ideyalarını "Onlayn fikir bankı"nda yerləşdirə biləcəklər

 

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ölkənin inkişafı yönümündə gənclər tərəfindən irəli sürülən fikir və ideyaların bir yerə toplanması məqsədi ilə gənclər üçün yeni "Onlayn fikir bankı" adlı layihəyə start verir.

Gənclər fikirbanki.az saytına daxil olmaqla burada yeni fikir və ideyalarını açıq istifadə üçün yerləşdirəcəklər. Bu təkliflərdən bütün cəmiyyət, o cümlədən dövlət, beynəlxalq və özəl təşkilatlar faydalana biləcəklər. "Onlayın fikir bankı"nda sosial xidmətlər; iqtisadiyyat; təhsil, əyləncə; media; rabitə və telekommunikasiya; tibb və sağlamlıq; ətraf mühit; nəqliyyat; milli-mədəni irs; turizm və mədəniyyət bölmələri fəaliyyət göstərir. Yeni veb-saytda "Ayın qalibi" adlı xüsusi bölmə də yaradılıb. Burada qalib olan gənclər Gənclər və İdman Nazirliyinin və tərəfdaş təşkilatların diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılacaqlar.

"Onlayn fikir bankı" layihəsi gənclərin müzakirələr aparmaları üçün əlverişli platforma rolunu oynayacaq və cəmiyyətdə gənclərin mövqelərinin möhkəmlənməsinə şərait yaradacaqdır.

Qeyd edək ki, adıçəkilən layihə 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi çərçivəsində "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"na müvafiq olaraq həyata keçirilir. 

Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov