Noyabrın 22-də Bakıdakı N.Tusi adına 173 nömrəli tam
orta məktəbdə təhsil ocağının məzunu, Azərbaycan
Respublikasının xalq artisti, "Şöhrət" ordenli unudulmaz
aktyorumuz Yaşar Nirinin anım gecəsi keçirilib.
Gecəni məktəbin direktoru Atikə Həsənova açdıqdan sonra
müqtədir sənətkarın xatirəsi bir dəqiqəlik sükutla yad
edilib.
Sonra Yaşar Nurinin həyat və yaradıcılığı haqqında
məlumat verilib.
Tədbirdə Yaşar Nurinin ömür-gün yoldaşı Rəhimə xanım və
qızları Ülkər, Ülviyyə də iştirak ediblər.
Gecədə şagirdlər mərhum sənətkar Yaşar Nurinin oynadığı
tamaşalardan parçalar ifa ediblər və xalq artistinin
məktəbdə keçirilmiş 50 illik yubileyindən kadrlar
nümayiş etdirilib.
Məktəbdə Yaşar Nurinin anım günü ilə bağlı stend
hazırlanıb.
Tədbirin sonunda Yaşar Nurinin həyat yoldaşı Rəhimə
xanım məktəb kollektivinə bu tədbirə görə dərin
təşəkkürünü bildirib. İstedadlı aktyorun tamaşalarından
hazırlanmış disk dəsti və yenicə nəşrdən çıxmış xatirə
kitabı məktəbə hədiyyə olunub.
Hicran ƏKBƏROVA,
"Azərbaycan müəllimi" |