Sumqayıt şəhərinin orta məktəblərində "Azərbaycan dili
və ədəbiyyat" aylığı keçirilir.
Şəhər təhsil şöbəsinin müdir əvəzi Vaqif Əkbərov
bildirib ki, məqsəd tədrisin keyfiyyətini yüksəltmək, ən
yaxşı müəllimləri aşkarlamaq, qabaqcıl pedaqoji
işçilərin təcrübələrini öyrənmək və yaymaqdır.
Aylıq çərçivəsində Sumqayıtdakı 14 nömrəli tam orta
məktəbin təcrübəli müəllimlərindən biri, Bakı Dövlət
Universitetinin dissertantı Xalidə Pirkişiyeva
Azərbaycan dili fənnindən "açıq dərs" keçib.
Şəhər təhsil şöbəsinin nümayəndələrinin, məktəb
direktoru və müəllim kollektivinin iştirakı ilə keçilən
nümunəvi dərs maraqla qarşılanıb. Belə dərslərin
keçilməsinin gənc müəllimlərin müəyyən təcrübə qazanması,
təkmilləşməsi baxımından böyük əhəmiyyət daşıdığı qeyd
olunub.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |