Lerik Rayon Təhsil Şöbəsindən aldığımız məlumatda
bildirilir ki, regionların sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramında müəyyən edilmiş tədbirlər
planına uyğun olaraq rayonda təhsil müəssisələrinin
maddi-texniki bazası möhkəmləndirilir.
Tədbirlər planı çərçivəsində son beş ildə Lerikdə 30
yeni məktəb binası inşa edilib, 5 məktəbdə əsaslı təmir
işləri aparılıb.
Hazırda rayonun Nücü kənd tam orta, Ərdəbilə, Ağqışlaq
və Arta kənd ibtidai məktəbləri üçün yeni binaların
tikintisi, Mastail kənd tam orta məktəbində isə əsaslı
təmir işləri davam etdirilir. |