Sual:
Məlumatımıza görə, əgər sinifdə 15 nəfər şagird olarsa,
həmin sinif bağlanılmalı və ya paralel sinfə
birləşdirilməlidir. Bu doğrudurmu?
Cavab:
Nazirlər
Kabinetinin
13.01.2011-ci
il tarixli,
5
nömrəli
Qərarı
ilə
təsdiq
olunmuş
"Ümumtəhsil
məktəbinin
Nümunəvi
Nizamnaməsi"nə
əsasən,
ümumtəhsil
məktəblərində
siniflər
şagirdlərin
sayı
20
nəfər
olmaqla müəyyən
edilir.
Zəruri hallarda mövcud qanunvericiliyin tələbləri
gözlənilməklə siniflər şagirdlərin sayı 20 nəfərdən az
olmaqla müəyyən edilə bilər.
Bununla yanaşı, Nazirlər Kabinetinin "Ümumtəhsil
məktəbinin Nümunəvi Nizamnaməsi"ndə dəyişikliklər
edilməsi haqqında" 19.01.2012-ci il tarixli (¹10)
Qərarında qeyd olunmuşdur ki, bir sinifdə şagirdlərin
ümumi sayı 20 nəfərə çatmadıqda mövcud şagird sayı ilə
sinif təşkil edilməsinə yol verilir. Eyni bir sinifdə
şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya
şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü
imkan vermədikdə həmin sinif üzrə ikinci paralel sinif
təşkil olunur.
Sual:
Universitetlərimizdə imtahanların yazılı, yaxud testlə
aparılması nazirlik tərəfindən nəzarət altına alınıbmı?
Niyə universitetlərdə imtahanlar fərqli formada həyata
keçirilir, bəziləri imtahanları yazılı, digərləri isə
test üsulu ilə həyata keçirir?
Cavab:
Ali təhsil
müəssisələrində
kurs imtahanları
1994-cü
ildən
başlayaraq
yazılı
şəkildə
və
ya test
üsulu
ilə
keçirilir
(Təhsil
Nazirliyinin
11.10.1994-cü
il tarixli
595
nömrəli
əmri
ilə
təsdiq
edilmiş
"Ali
məktəblərin
kurs imtahanları
və
məqbulları
haqqında
Əsasnamə").
Ali təhsil müəssisələrində kredit sisteminin tətbiqi ilə
əlaqədar "Kredit sistemi ilə təhsil alan tələbələrin
biliyinin qiymətləndirilməsi haqqında Əsasnamə" təsdiq
edilib (Təhsil Nazirliyinin 11.09.2008-ci il tarixli
1060 nömrəli əmri). Bu Əsasnaməyə görə, tələbələrin
biliyinin qiymətləndirilməsi üçün imtahanların bir qayda
olaraq, yazılı şəkildə aparılması nəzərdə tutulur.
Sual:
Təhsil Nazirliyi ali və orta ixtisas təhsili
müəssisələrində tələbə köçürmələri ilə bağlı yeni
qaydalar hazırlayıb. Həmin qaydaların müzakirəsi başa
çatıbmı? Yeni qaydalar nə zamandan tətbiq edilə bilər?
Cavab:
Təhsil Nazirliyi tərəfindən ali və orta ixtisas təhsili
müəssisələri tələbələrinin bir təhsil müəssisəsindən və
ya ixtisasdan digərinə köçürülmələri ilə bağlı yeni
qaydalar hazırlanmış və hazırda onların müzakirəsi başa
çatmaqdadır. Sənəd təsdiq olunduqdan sonra növbəti ildən
tətbiqi nəzərdə tutulur.
Sual:
Bu qaydalarda gözlənilən əsas dəyişiklik nədən ibarət
olacaq? Tələbə köçürmələri asanlaşacaq, yoxsa bu proses
sərtləşdiriləcək?
Cavab:
Qaydalarda tələbələrin köçürülmələrinə dair
müəyyənləşdirilmiş şərtlər köçürülmə prosedurunun
asanlaşdırılmasına yönəlmişdir.
Sual:
Təhsil Nazirliyi 65 yaşlı müəllimlərin işdən azad
olunması və ya işdə saxlanılması ilə bağlı hər hansı
yeniliklər tətbiq etməyi planlaşdırırmı? Bununla bağlı
yeni qərarın qəbul edilməsi mümkündürmü? Ümumiyyətlə,
rayon və kəndlərdə müəllim baxımından əziyyət çəkən
məktəblərin qarşılaşdığı problemi aradan qaldırmaq üçün
Təhsil Nazirliyi mövcud qərara hansı dəyişikliklərin
edilməsini nəzərdə tutur?
Cavab:
65 yaşına çatmış müəllimlərin çalışma müddətinin
uzadılması və ya işdən azad edilməsi ilə əlaqədar yeni
qaydalar nəzərdə tutulmur. Bu məsələlər Təhsil
Nazirliyinin 15.07.2011-ci il tarixli 1404 nömrəli əmri
ilə tənzimlənir. Təhsil Nazirliyi tərəfindən təhsili
idarəetmə orqanlarına tövsiyə edilmişdir ki,
müəyyənləşdirilmiş meyarlar nəzərə alınmaqla, o cümlədən
məktəbdə ixtisaslı kadr olmadıqda və ya kadrı əvəz etmək
mümkün olmadığı hallarda 65 yaşına çatmış müəllimlərin
müqavilə müddəti uzadılsın.
Sual:
Təhsil Nazirliyi müəllim hazırlığı aparılan ixtisaslar
üzrə təhsil proqramlarına yenidən baxmağı nəzərdə tutur.
Bu işə başlanılıbmı?
Cavab:
Ali təhsilin bakalavriat səviyyəsində müəllim hazırlığı
aparılan ixtisaslar üzrə yeni nəsil təhsil proqramları
hazırlanmış, ekspertizası keçirilmiş və təsdiq
edildikdən sonra növbəti tədris ilindən onların
tətbiqinə başlanılması nəzərdə tutulur.
Sual:
Azərbaycanda I qrup əlillərin ödənişli təhsildən azad
edilməsi həyata keçirilə bilərmi?
Cavab:
"Əlilliyin və uşaqların sağlamlıq imkanları
məhdudluğunun qarşısının alınması, əlillərin və
sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və
sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası
Qanununun 19-cu maddəsinə əsasən bildiririk ki, 1990-cı
ilin 19-20 yanvar Bakı hadisələrində, Azərbaycan
dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və
konstitusiya quruluşunun müdafiəsi zamanı I və II qrup
əlil olmuş və ödənişli əsaslarla ali və orta
peşə-ixtisas təhsili alan şəxslərin təhsil haqqı dövlət
büdcəsi hesabına ödənilir.
Sual:
12 illik təhsil rejimi indiki şagirdlərə də tətbiq
olunacaq, yoxsa, gələn il 1-ci sinfə gedən şagirdlərə?
Cavab:
12 illik təhsilə keçid "Azərbaycan Respublikasında
təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda öz əksini
tapmışdır. Yaxın vaxtlarda 12 illik təhsilə keçidin
mexanizmləri işlənib hazırlanacaq və bu keçidə nə
vaxtdan başlanacağı barədə qərar qəbul olunacaqdır.
Sual:
Təhsil Nazirliyi məktəb direktorluğuna namizədlərin
ehtiyat kadr bazasını yaratmağı nəzərdə tuturdu. Həmin
baza hazırdırmı? Bu istiqamətdə indiyədək hansı işlər
aparılıb? Bazaya neçə namizəd barəsində məlumat daxil
edilib?
Cavab:
Məktəb direktorlarının işə qəbulu üzrə yeni qaydalarda
ehtiyat kadr bazasının formalaşdırılması nəzərdə
tutulmuşdur. Qaydalar təsdiq edildikdən sonra bu
istiqamətdə işlərə başlanacaqdır.
Sual:
Rusiyada bir sıra məktəblərin şagirdləri elektron
dərsliklərdən istifadə etməyə başlayacaqlar.
Azərbaycanda nə zaman interaktiv dərsliklərin istifadəsi
planlaşdırılır?
Cavab:
Azərbaycan Respublikası Prezidentinin 21 avqust 2004-cü
il tarixli 355 nömrəli Sərəncamı ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin
2005-2007-ci illər üzrə informasiya və kommunikasiya
texnologiyaları ilə təminatı Proqramı" çərçivəsində
Azərbaycan tarixi fənni üzrə 20 adda 37900 nüsxə
elektron vəsait, kimya fənni üzrə 8 adda 15160 nüsxə
elektron vəsait, biologiya fənni üzrə 12 adda 22740
nüsxə elektron vəsait və fizika fənni üzrə 3 adda 10200
nüsxə elektron vəsaitləri hazırlanmışdır.
Yaxın illər ərzində Azərbaycanda da tədricən fərdi
kompüterlər və ya planşetlər vasitəsilə elektron
dərsliklərdən istifadə ölkə miqyasında Bulud
texnologiyalara keçidi tezləşdirəcəkdir. Belə ki,
şagirdlər tədris üçün zəruri materialları və dərslikləri
Məlumat və Resurs Mərkəzinin serverlərindən, yəni Təhsil
Buludundan istifadə etməklə fərdi təhsil alətinə yükləyə
və təhsil nəticələrini keyfiyyətli dərəcədə
təkmilləşdirə biləcəklər.
Elektron təhsil texnologiyalarının tətbiqinin
artırılması üzrə fəaliyyətlər çərçivəsində elektron
vəsaitlərin işlənilməsi genişlənmiş, elektron təhsil
(e-learning) resursları bazasının əsası qoyulmuş,
distant təhsilin inkişaf etdirilməsi üçün tədbirlər
həyata keçirilmiş, vahid təhsil portalı yaradılmış və
ölkədə interaktiv tədris imkanlarından daha geniş
istifadə olunması dəstəklənmişdir.
Hazırda Milli Təhsil Portalında (www.edu.az) 8 fənn üzrə
122 resurs mövcuddur. Bunlara fizika, kimya, biologiya,
ədəbiyyat, musiqi və riyaziyyat üçün hazırlanmış dərslər
daxildir. Eyni zamanda portalda Azərbaycan epistolyar
irsi Üzeyir Hacıbəyovun "Virtual muzeyi", Azərbaycan
tarixinin canlı səsləri, Language learning inserts,
Learning English kimi elektron resurslarda
yerləşdirilmişdir. Bu siyahıya ibtidai siniflər üçün
hazırlanmış "İnfoko" resurslarını da misal göstərmək
olar. Elektron resursların keyfiyyətinin
qiymətləndirilməsi məqsədilə Təhsil Nazirliyinin
nəzdində fəaliyyət göstərən Elektron tədris
resurslarının qiymətləndirilməsi Şurası yaradılmışdır.
Sual:
Müəllimlərin və direktorların attestasiyadan keçirilməsi
gündəmdədirmi?
Cavab:
Pedaqoji kadrların peşəkar inkişafı və stimullaşdırma
ilə əlaqədar müəllimlərin, o cümlədən rəhbər heyətin
attestasiyası təhsilin inkişaf strategiyasında nəzərdə
tutulmuşdur. Sənəd təsdiq və tətbiq edildikdən sonra
müvafiq mexanizmlər yaradılacaq və bu istiqamətdə işlərə
başlanacaqdır.
Təhsil Nazirliyinin rəsmi İnternet saytından
|