Azərbaycan Respublikası təhsil nazirinin 11 oktyabr
2013-cü il tarixli, 842 nömrəli əmrinə əsasən təşkil
olunmuş "İctimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə
müsabiqəsi"nə layihə təkliflərinin qəbulu mərhələsi başa
çatmışdır.
20 noyabr 2013-cü il tarixinədək 166 layihə təklifi
qeydiyyata alınmışdır. Bunlardan 134 layihə təklifi
"Təhsil siyasəti üzrə təşəbbüslər", 32 layihə təklifi
isə "Təhsil sahəsi üzrə tədqiqat təşəbbüsləri"
istiqamətini əhatə edir.
Təhsil Nazirliyində yaradılmış xüsusi komissiya
tərəfindən növbəti iki həftə ərzində layihələrin seçimi
aparılacaqdır. Komissiya tərəfindən seçilmiş layihə
müəllifləri ilə əlaqə saxlanacaqdır. |