Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

29 Noyabr 2013 - №46

 

Xarici ölkələrin gəncləri Şuşa şəhərindən olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə olublar

 

 "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının Bakıda keçirdiyi "Bərabər iştirak üçün birgə qatıl!" adlı beynəlxalq seminarda iştirak edən xarici ölkələrdən olan gənclər Şuşa şəhərindən məcburi köçkünlərin məskunlaşdığı Bakının Ramana qəsəbəsində olublar.

"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin dəstəyi ilə baş tutan bu görüşdə 10-dan artıq ölkəni təmsil edən gənclər iştirak ediblər. Şuşa şəhərindən olan məcburi köçkünlər əcnəbi gənclərlə söhbət zamanı Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin acı nəticələrindən danışıblar. Qonaqlara münaqişə nəticəsində evlərindən qovulan bir milyondan artıq qaçqın və məcburi köçkün barədə məlumat verilib.

Macarıstan, Rumıniya, Moldova, Türkiyə, Yunanıstan, İtaliya, Ukrayna, Gürcüstan, Belarus, Latviya və Rusiyadan gələn gənclər Şuşadan olan məcburi köçkünlərin yaşayış səviyyələri ilə maraqlanıblar. Gənclər Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll olunmasını arzu ediblər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov