Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

29 Noyabr 2013 - №46

 

Azərbaycan Diplomatik Akademiyası Beynəlxalq Münasibətlər üzrə Universitetlər Assosiasiyasının üzvü seçilib

 

 Azərbaycan Diplomatik Akademiyası (ADA) Beynəlxalq Münasibətlər üzrə Universitetlər Assosiasiyasının (APSİA) üzvü seçilmişdir.

ADA-dan AzərTAc-a bildirilmişdir ki, APSİA Şimali Amerika, Asiya və Avropada beynəlxalq münasibətlər, o cümlədən bu sahə ilə birbaşa əlaqəli olan sülh, təhlükəsizlik, rifah, beynəlxalq anlaşma və s. istiqamətlər üzrə peşəkar tədrisin təkmilləşdirilməsi yönündə fəaliyyət göstərən 60-dan çox universitet və proqramı özündə birləşdirir.

ADA-nın rektoru Hafiz Paşayev demişdir ki, akademiyanın qarşısına qoyduğu məqsədlərdən biri də tədris etdiyi bütün proqramların beynəlxalq akkreditasiya əldə etməsidir. APSİA-ya üzvlük bu istiqamətdə atılmış addımlardan biridir.

Assosiasiyaya üzv olan digər universitetlərin rektorları və dekanları adından ADA-nın kollektivini təbrik edən APSİA-nın proqram icraçısı Marqaret Braun akademiyanın tələbələrinin dövlət quruculuğu və beynəlxalq münasibətlər üzrə əldə etdikləri bilikləri karyera inkişafı ilə əlaqələndirərək quruma üzvlük nəticəsində onların XXI əsrin əmək bazarının tələblərinə daha yaxşı uyğunlaşacaqlarını vurğulamışdır.

Assosiasiyaya üzv universitetlər arasında Yel, Kolumbiya, Corc Vaşinqton, Conc Hopkins universitetləri və bir sıra digər nüfuzlu ali təhsil ocaqları vardır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov