Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Noyabr 2013 - №45

 

AMİ-də idman yarışları keçirilib

 

Noyabrın 15-də Azərbaycan Müəllimlər İnstitutu və  Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə tələbələr arasında Milli Dirçəliş Gününə həsr olunmuş şahmat turniri keçirilib. Turnirin rəsmi açılış mərasimində institutun tərbiyə işləri üzrə prorektoru Rəşad Sadıqov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov, AMİ  Tələbə Gənclər Təşkilatının sədri Nərmin Ərəbli çıxış edərək turnir iştirakçılarına bayram münasibətilə təbriklərini çatdırıb, turnirin keçirilməsinin məqsədi və əhəmiyyətindən danışıb, tələbələrə müvəffəqiyyətlər arzu ediblər.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunmuş "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı" yüksək səviyyədə icra olunur. Çıxış edənlər yarışın keçirilməsinə şərait yaratdığına görə institutun rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlıya minnətdarlıqlarını bildiriblər.

Olimpiya sistemi üzrə keçirilən turnirdə II kurs tələbələri Sənan Cəfərquliyev I yeri, Tural Hacıyev II yeri, I kurs tələbəsi Surxay Əlizadə III yeri tutublar. Qaliblər Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar, medallar, kuboklar və hədiyyələrlə təltif ediliblər. İlk üç yerin qalibləri ilə yanaşı, fərqlənən iştirakçılardan Sərvin Cəlilzadə, Jalə Rüstəmzadə, Aytən Hüseynli, Əli Həsənov, Aygün Cəfərova, Elvin Qarayev, Arzu Məmmədova da diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Noyabrın 20-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və AMİ Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə tələbələr arasında Beynəlxalq Tələbə Gününə həsr olunmuş "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə yarış keçirilib. Tədbirdə AMİ-nin tərbiyə işləri üzrə prorektoru Rəşad Sadıqov, Baş İdarənin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov çıxış edərək iştirakçılara uğurlar arzulayıblar. Çıxışlarda dövlətimizin gənclərə qayğısından, onların savadlı və eyni zamanda sağlam yetişməsini nəzərdə tutan mühüm dövlət proqramlarından, tələbələrin öz bilik və bacarıqlarını inkişaf etdirmələri üçün yaradılmış şəraitdən bəhs ediblər.

10 komandanın mübarizə apardığı və 3 turdan ibarət olan oyunda filologiya və təhsildə psixoloji xidmət fakültəsinin tələbələrindən ibarət "Radius" komandası I , "Senatorlar" komandası II, pedaqoji fakültənin tələbələrindən ibarət "Pedaqoqlar" komandası isə III yerin qalibi olublar. Qalib komandalar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.  

AMİ-nin Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov