Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 Noyabr 2013 - №44

 

Yeni nəşrlər

"Boloniya sistemi böyük Avropa layihəsidir"

 

Asif Nəbiyev 1978-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirərək o vaxtdan həyatını müəllimliyə bağlayıb. 30 ildən artıqdır ki, gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olan Asif müəllim pedaqogika üzrə fəlsəfə doktorudur. 20-dən çox metodiki məqalə və bir metodiki vəsaitin müəllifidir. Bu yaxınlarda onun "Boloniya sistemi böyük Avropa layihəsidir" adlı kitabı işıq üzü görüb. Almaniyada Lap lambert nəşriyyatı tərəfindən ingilis dilində nəşr olunan bu kitabda müəllif nəzəri təhlil apararaq Boloniya prosesi, onun hansı zərurətdən yarandığı haqqında fikirlər söyləyib. Azərbaycanın da qoşulduğu bu təhsil layihəsinin uğurları, Boloniya sisteminin məqsədləri haqqında məlumat verilərək, əsas Boloniya prinsipləri ilə bağlı geniş şərh verilib.

Kitabda kredit sistemi, diploma əlavələrin vahid forması, təhsilin keyfiyyətinin yüksəldilməsi, ömürboyu təhsil, Avropa təhsil məkanı və Avropa elm məkanı haqqında faydalı məlumatlar verilib. Bundan başqa, müəllif orta məktəblərin Boloniya sistemindən necə faydalandığı və orta məktəblərdə təhsilin keyfiyyətinin yüksəldilməsi haqqında fikirlərini bölüşərək qabaqcıl orta məktəblərin adını da çəkib: Avropa Azərbaycan məktəbi, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, akademik Zərifə Əliyeva adına lisey və s. Azərbaycanda ilk olaraq Boloniya sisteminə Xəzər və Qafqaz universitetləri keçiblər. Hazırda Azərbaycanın bütün universitetlərində iki pilləli təhsilə keçilib, imtahanlar kredit sistemi əsasında aparılır. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" uğurla yerinə yetirilir. Qeyd olunur ki, Azərbaycan hökuməti təhsilin bütün sahələrində keyfiyyətin artırılmasına diqqət yetirir. Boloniya sistemində orta təhsilin keyfiyyətinin yüksəldilməsi nəzərdə tutulub. Son dövrlərdə müasir tələblərə cavab verən, yeni tipli orta təhsil ocaqları yaradılıb ki, bunlara nümunə Avropa Azərbaycan məktəbini, Heydər Əliyev adına Müasir Təhsil Kompleksini, akademik Zərifə Əliyeva adına liseyi və Türkiyə Dəyanət Vəqfinin Bakı Türk liseylərini və s. göstərmək olar.

Yeni kitabının işıq üzü görməsi münasibətilə Asif Nəbiyevi təbrik edir, ona yaradıcılıq uğurları arzulayırıq. 

Kərim CƏFƏRLİ,
Avropa Azərbaycan məktəbinin riyaziyyat kafedrasının koordinatoru,
2008 və 2013-cü illərdə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov