Bakıdakı 258 nömrəli tam orta məktəbdə Nərimanov rayon
məktəbliləri arasında stolüstü tennis üzrə yarış
keçirildi. Yarışın açılış mərasimində Nərimanov Rayon
Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxış
edərək iştirakçılara uğurlar arzuladı.
Yarışda rayonun 16 məktəbinin komandalarının tərkibində
32 nəfəri qız olmaqla 80 məktəbli iştirak edirdi.
Olimpiya sistemi üzrə keçirilən yarışın nəticəsinə görə
I yerə 258 nömrəli tam orta məktəbin, II yerə 291
nömrəli "Araz" ekologiya liseyinin, III yerə isə 177
nömrəli tam orta məktəbin komandaları layiq görüldülər.
Qalib komandaların üzvləri Nərimanov Rayon Gənclər və
İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və
medallarla təltif olundular. 258 nömrəli tam orta
məktəbin komandası Bakı şəhər məktəblilərinin XXVI
spartakiadasının proqramına daxil olan stolüstü tennis
növü üzrə şəhər mərhələsinə vəsiqə qazandı.
Hicran ƏKBƏROVA,
"Azərbaycan müəllimi" |