Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 Noyabr 2013 - №44

 

Qaliblər mükafatlandırılıb

 
Böyütmək üçün şəkili seçin

Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Bədən Tərbiyəsi və İdman Mərkəzi tərəfindən respublikamızın 20-dən çox şəhər və rayonlarında 9 noyabr Dövlət Bayrağı və 12 noyabr Konstitusiya günlərinə həsr olunmuş kütləvi idman yarışları keçirilib. Oktyabrın 26-dan noyabrın 8-dək keçirilən idman yarışları futbol, voleybol, basketbol, milli güləş, əltopu kayak və kanoe, stolüstü tennis, şahmat-dama idman növlərini əhatə edib.

Təhsil Nazirliyi Respublika Bədən Tərbiyəsi və İdman Mərkəzinin direktoru Qiyas Nəcəfov Ağdaş Olimpiya Kompleksində keçirilən voleybol (qız, oğlan), futbol, güləş və stolüstü tennis (oğlan, qız), Mingəçevir şəhər Şahmat Mərkəzində kayak və kanoe, voleybol, futbol və şahmat, Şəki şəhərində oğlanlar və qızlar arasında keçirilmiş voleybol, basketbol, stolüstü tennis yarışlarının qaliblərinin mükafatlandırılması mərasimində iştirak edib, qalib idmançılara uğurlar arzulayıb. O, idmançılarımıza üçrəngli bayrağımızı uca tutmağı tövsiyə edib, Azərbaycan bayrağının tezliklə Qarabağda dalğalanacağına inandıqlarını əminliklə bildirib. Qaliblərə Respublika Bədən Tərbiyəsi və İdman Mərkəzi tərəfindən müxtəlif dərəcəli diplom və medallar, kuboklar və xatirə hədiyyələri təqdim edilib.  

Rəşad ZİYADOV,
"Azərbaycan müəllimi"

Böyütmək üçün şəkili seçin
 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov