Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 Noyabr 2013 - №44

 

Prezident təqaüdçüləri

Azərbaycan təhsilinin uğurları

 

Anar DADAŞZADƏ,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi 

1995-ci ildə Bakı şəhərində  anadan olub. 2013-cü ildə paytaxtdakı 32 nömrəli tam orta məktəbi bitirib. Bu il ali məktəblərə  III qrup üzrə  keçirilən qəbul imtahanında 670 bal  toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetməsi ixtisasına daxil olub.  2013-cü ildə ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş olimpiadada rayon üzrə III yeri qazanıb.

Təhsilini  ABŞ və ya Almaniyada davam etdirmək  istəyir. Ən böyük  arzusu ona göstərilən etimadı doğruldaraq ixtisası üzrə savadlı mütəxəssis   olmaqdır. 

 


Şamxal HACILI,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi 

1996-cı ildə Bakı şəhərində anadan olub.   2013-cü ildə Bakı şəhərindəki 32 nömrəli tam orta məktəbi  bitirib. Ən  çox sevdiyi fənn riyaziyyatdır. IX sinifdə  oxuyarkən Bakının Nizami rayonu üzrə keçirilən "Breyn-rinq" yarışmasının qalibi olub.    Uşaqlıqdan DİA-nın tələbəsi olmaq arzusunda olub.  Qəbul imtahanında 670 bal toplayaraq DİA-nın inzibati idarəetmə fakültəsinə qəbul olub. 

Akademiyanın tələbəsi olduğu üçün özünü çox xoşbəxt hesab edir.   Prezident təqaüdçüsü adını ləyaqətlə  daşımağı və seçdiyi ixtisasın incəliklərinə dərindən yiyələnərək peşəkar mütəxəssis olacağını qarşısına məqsəd qoyub.

 


Xəyalə İSMAYILOVA,

Qafqaz Universitetinin tələbəsi 

1996-cı ildə Sumqayıt  şəhərində anadan olub. 2002-ci ildə Sumqayıt  şəhər 31 nömrəli orta məktəbin  I sinfinə daxil olub. 2013-cü ildə  Sumqayıt şəhərindəki N.Gəncəvi adına texniki və təbiət elmləri liseyini  bitirib. Orta məktəbdə oxuduğu müddətdə  keçirilən  bilik yarışlarında   iştirak edib və  uğurlar qazanıb.  Bu il III qrup üzrə ali məktəblərə  qəbul imtahanında 695 bal toplayaraq Qafqaz Universitetinin dil və ədəbiyyat müəllimliyi ( ingiliscə)  fakültəsinə daxil olmaqla  öz arzusuna çatıb.

Prezident təqaüdünə layiq görüldüyünə görə ailə üzvləri  adından Prezident cənab İlham Əliyevə  öz minnətdarlığını bildirir.

Ən böyük arzusu ona göstərilən etimadı doğruldub Azərbaycanda tanınmış müəllim olmaqdır.


Cavid QƏDİROV,

Qafqaz Universitetinin tələbəsi 

1996-cı ildə Bakı şəhərində anadan olub. 2002-ci ildə Bakıdakı 14 nömrəli orta məktəbin I sinfinə daxil olub. Sonra təhsilini 204 nömrəli məktəbdə davam etdirərək 2013-cü ildə həmin məktəbi bitirib.  Orta məktəb illərində "Araz" kurslarında fəal iştirak edib və tarix fənnindən olimpiadada Xətai rayonu üzrə  I yeri  tutub.

Ali məktəblərə  qəbul imtahanında II qrup üzrə 680 bal toplayaraq Qafqaz Universitetinin maliyyə (ingiliscə) fakültəsinə qəbul olub.

Prezident təqaüdünə layiq görulməsindən qürur hissi duyur.  Universiteti fərqlənmə diplomu ilə bitirmək üçün səylə çalışır.  İxtisasını dərindən öyrənmək üçün  dərsə başladığı ilk gündən ingilis dilində keçirilən kurslarda fəal iştirak edir.


Samir BABAYEV,

Azərbaycan Tibb Universitetinin tələbəsi 

1995-ci ildə Bərdə şəhərində anadan olub. 2013-cü ildə  Laçın rayon Çıraqlı kənd tam orta məktəbində  təhsilini  başa vurub.  Orta məktəb illərində iki dəfə "Yolumuz Heydər yoludur, bu yol vətənə doğrudur" adlı ümumrayon şeir müsabiqəsinin qalibi,  məktəblilər arasında keçirilən "Cəsurlar" hərbi-idman yarışlarının mükafatçısı olub.

Bu il  IV ixtisas qrupu  üzrə keçirilən qəbul imtahanında 681 bal toplayaraq ATU-nun müalicə- profilaktika  fakültəsinə qəbul olub. Prezident təqaüdünə  layiq görüldüyünə görə üzərinə düşən məsuliyyəti ciddi dərk edir.   Tələbəlik illərində daha böyük uğurlar qazanmaq üçün səylə  çalışır.

Hazırladı: Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov