Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 Noyabr 2013 - №44

 

Tələbələr ekskursiyada olublar

 

Böyütmək üçün şəkili seçinNaxçıvan Özəl Universitetinin tarix ixtisası üzrə I kurs tələbələrinin Naxçıvan Dövlət Tarix Muzeyinə ekskursiyası təşkil edilib. Muzeyin direktoru, Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi Nizami Rəhimov muzey ekspozisiya zalında nümayiş olunan eksponatlar barədə tələbələri ətraflı  məlumatlandırıb. Qeyd olunub ki, Naxçıvan Dövlət  Tarix Muzeyinin ekspozisiyası 3 dövrü - qədim, orta əsrlər və müasir dövrü əhatə edir. 2 mərtəbədən ibarət olan və 900 kvadratmetr sahəni əhatə edən muzey ekspozisiyasında 2500-dən artıq eksponat nümayiş etdirilir. Bütün eksponatlarda ilk insanların yaşadığı dövrdən başlamış bu günə qədər olan tarix əks olunub.

Muzeydə özünə yer alan qədim tarixi dövrdə arxeoloji materiallar, epiqrafik abidələr, daş alətlər və digər maraqlı eksponatlar qorunub saxlanılır. Bundan başqa, xalça və xalça məmulatları, misgərlik, orta əsrlərə aid mis, gümüşdən hazırlanmış ziynət əşyaları, rəsm əsərləri muzeydə nümayiş etdirilən maraqlı eksponatlardandır. Onu da qeyd edək ki, muzeydə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən yüzlərlə eksponat nümayiş etdirilir.

Muzey ekspozisiyası qədim diyarın bu günü ilə bağlı "Yeniləşən Naxçıvan" adlı sərgiylə başa çatır. Həmin sərgidə muxtar respublikamızın son illər əldə etdiyi uğurlar geniş əks olunub. Muzey ekspozisiyası ilə tanışlıqdan sonra tələbələr arasında Naxçıvan tarixi haqqında diskussiya aparılıb. 

Nuray ƏSGƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov