Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 Noyabr 2013 - №44

 

Heydər Əliyev Azərbaycan Konstitusiyasının memarıdır

 

Böyütmək üçün şəkili seçinNaxçıvan Dövlət Universitetinin sosial idarəetmə və hüquq fakültəsində "Heydər Əliyev Azərbaycan Konstitusiyasının memarıdır" mövzusunda tədbir keçirilib. Universitetin tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev çıxış edərək Konstitusiya günü münasibətilə tədbir iştirakçılarını təbrik edib.

1995-ci ildə qəbul olunmuş Konstitusiyanın müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü Konstitusiyası olduğu qeyd edilib.

Sosial idarəetmə və hüquq fakültəsinin dekan müavini, fəlsəfə və sosial iş kafedrasının baş müəllimi Abbas Əhmədov "Heydər Əliyev Azərbaycan Konstitusiyasının memarıdır" mövzusundakı məruzəsində bildirib ki, Konstitusiyanın qəbulu cəmiyyət və dövlət həyatında demokratik dəyişikliklərə yol açıb, insan hüquq və azadlıqlarının qorunması üçün əlverişli şərait yaratmaqla həyatın bütün sahələrinin inkişafına təkan verib. Natiq qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxıb. Bunun üçün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılmış, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarılmışdır. 1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub. Vurğulanıb ki, Əsas Qanunun qəbul edilməsindən sonra ölkəmizdə bütün sahələri əhatə edən genişmiqyaslı islahatlar nəticəsində böyük inkişaf və tərəqqiyə nail olunub. 

Mina QASIMOVA,
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov