Sumqayıt
Dövlət Universitetində (SDU) Dövlət Bayrağı və
Konstitusiya günləri münasibətilə tədbir keçirilib.
Tədbirdə universitetin rektoru, professor Nadir
Qəhrəmanov çıxış edərək müəllim və tələbə heyətini,
iştirakçıları bu əlamətdar günlər münasibətilə təbrik
edib. Rektor Dövlət Bayrağı Gününün mahiyyətindən söz
açıb, üçrəngli bayrağın dövlətçiliyimizin və
müstəqilliyimizin ən əziz, ən uca atributlarından biri
olduğunu qeyd edib. Konstitusiya Günü barədə də danışan
rektor vurğulayıb ki, konstitusiyanın ölkəmizdə əsas
hüquqi sənəd kimi formalaşması və möhkəmlənməsində ulu
öndər Heydər Əliyevin əvəzedilməz rolu olub.
Daha sonra universitetin iqtisadiyyat və idarəetmə
fakültəsinin üçüncü kurs tələbəsi Şənlik Əliyevin və
tarix fakültəsinin tələbəsi Leyla Muradzadənin çıxışları
dinlənilib.
Tədbir konsert proqramı ilə davam edib, hazırlanmış
səhnəciklər, musiqilər və rəqslər maraqla qarşılanıb.
Sumqayıt Dövlət Universitetinin Mətbuat xidməti |