Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 Noyabr 2013 - №44

 

İnşa müsabiqəsinin qalibləri Dövlət Bayrağı Meydanında

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə elan olunmuş inşa müsabiqəsinin nəticələrini açıqlayıb. Bununla əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, KİV nümayəndələrinin, müsabiqə qaliblərinin  iştirakı ilə Dövlət Bayrağı Meydanında tədbir keçirilib.

Tədbirdə iştirakçılara Dövlət Bayrağı Meydanı haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə sərəncam imzalayıb. Hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.  Nəzərə çatdırılıb ki, Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. 2010-cu il sentyabrın 1-də isə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilib.  Dünyada nadir muzeylərdən biri olan Dövlət Bayrağı Muzeyində müxtəlif kitablar, fotoşəkillər, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədəki səfirliyinin binası üzərində dalğalanmış bayraq, həmçinin Ginnes dünya rekordları təşkilatının Azərbaycanın dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edən sertifikatı nümayiş olunur. Buradakı eksponatların çoxu ilk dəfə nümayiş etdirilir. Muzeydə multimedia qurğusu da vardır.  Məlumat verilib ki, ümumi ərazisi 60 hektar olan meydanda bütün infrastruktur yaradılıb. Meydanda inşa olunmuş bayraq dirəyinin hündürlüyü 162 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanmışdır.

Bayraq meydanı ilə tanışlıqdan sonra inşa müsabiqəsi haqqında iştirakçılara məlumat verən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov Dövlət Bayrağı Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. Bildirilib ki, ölkəmizin hər yerində 9 noyabr - Dövlət Bayrağı Günü böyük təntənə və iftixar hissi ilə qeyd edilir. Azərbaycan bayrağı tarixin müxtəlif sınaqlarına baxmayaraq, qədim məmləkətimizi dünyaya tanıdan rəmzlərdən biridir. Onu qorumaq hər bir azərbaycanlının borcudur.

Sonra inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb.  

Rəşad RAMAZANLI,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov