Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 Noyabr 2013 - №44

 

Şəkidə məktəblərarası debat forumu

 

Şəki Regional Debat Mərkəzinin təşkilatçılığı, şəhər Gənclər və İdman İdarəsinin dəstəyi ilə könüllülük fəaliyyətinin təşkilinə dair məktəblərarası debat forumu keçirilib.

AzərTAc xəbər verir ki, şəhər 8 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə 11 məktəb komandasını təmsil edən 55 məktəbli iştirak edib.

Forumun açılış mərasimində çıxış edən Şəki Regional Debat Mərkəzinin rəhbəri Dəyanət Elmansoy ildə bir dəfə keçirilən tədbirin məktəblilərin intellektual bilik və bacarıqlarını daha da artırmaq, dünyagörüşlərini zənginləşdirmək məqsədi daşıdığını diqqətə çatdırıb. Qeyd edilib ki, mərkəzin qarşısında duran əsas vəzifələrdən biri də gələcəkdə Şəki Məktəbli Debat Liqasının yaradılmasına nail olmaqdır.

Komandalar püşkatma əsasında üç mərhələdə yarışaraq öz intellektual bacarıqlarını nümayiş etdiriblər. Komandaların çıxışları mərkəzin hakim heyəti tərəfindən qiymətləndirilib. Finalda şəhər 10 nömrəli tam orta məktəbin "İrəli" və 14 nömrəli məktəbin "Səbuhi" komandaları qarşılaşıblar. Hakimlərin rəyinə əsasən "İrəli" komandası forumun qalibi olub.

Forum finalçılarına şəhadətnamələr, qalib komandaya isə kubok təqdim edilib. 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov