Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 Noyabr 2013 - №44

 

"Universitet tələbələrinin 38-ci ACM proqramlaşdırma" beynəlxalq müsabiqəsinin dörddə bir final mərhələsi keçirilib

 

Qafqaz Universiteti, Bakı Dövlət Universiteti və "İrəli" İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzinin təşkilati dəstəyi ilə "Universitet tələbələrinin 38-ci ACM proqramlaşdırma" beynəlxalq müsabiqəsinin dörddə bir final mərhələsi (IX Azərbaycan çempionatı) keçirilib.

Müsabiqədə "İrəli" İctimai Birliyini "İrəli" İnformasiya Texnologiyaları Mərkəzinin meneceri Rüstəm Həsənov təmsil edib.

"İrəli" İctimai Birliyindən AzərTAc-a bildiriblər ki, Qafqaz Universitetində keçirilən müsabiqədə 11 universitetdən 48 komanda iştirak edib. Nəticələrə əsasən Qafqaz Universitetinin "Baku Qafqaz U 3" komandası birinci, "Baku Qafqaz U 2" komandası ikinci, "Moskva Dövlət Universitetinin Bakı filialının "Baku MSU 1" komandası üçüncü yerə layiq görülüb.

Müsabiqənin nəticələrinə əsasən Qafqaz Universitetini, Moskva Dövlət Universitetinin Bakı filialını, Azərbaycan Texniki, Bakı Dövlət, Azərbaycan Memarlıq və İnşaat universitetlərini təmsil edən 10 komanda 30 noyabr - 1 dekabr tarixlərində Tbilisi şəhərində keçiriləcək "Universitet tələbələrinin 38-ci ACM proqramlaşdırma" beynəlxalq müsabiqəsinin yarımfinal mərhələsində və Cənubi Qafqaz açıq çempionatında iştirak edəcəkdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov