Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 Noyabr 2013 - №44

 

Tehran Universitetində "Azərbaycanın qadın şairlərinin təzkirəsi" mövzusunda diplom işi müdafiə olunub

 

Azərbaycan Respublikasının vətəndaşı, Tehran Universitetinin magistri Səmra İsmayılzadə "Azərbaycanın qadın şairlərinin təzkirəsi" mövzusunda fars dilində diplom işi müdafiə edib.

Tarixin uzun zaman kəsiyində öz yaradıcılığı və ictimai fəallığı ilə seçilən 50 şairənin yaradıcılığını araşdıran magistr onların müxtəlif şeirlərini fars dilinə tərcümə edib.

AzərTAc xəbər verir ki, diplom işində Məhsəti Gəncəvi, Xurşidbanu Natəvan, Mirvarid Dilbazi, Mədinə Gülgün, Zivər Ağayeva və başqalarının yaradıcılığına müraciət edən S.İsmayılzadə vurğulayıb ki, Vətənə tükənməz məhəbbət, şəhidlərimizin ruhuna ehtiram, ata və anaya sevgi, təlim və təhsilin üstünlüyü, təbiət gözəllikləri şairələrimizin ən çox toxunduqları mövzulardır. Azərbaycan və İranın arxiv materiallarından, mötəbər tarixi mənbələrdən, nadir kitablardan istifadə edən magistrin fikrincə, onun diplom işi Azərbaycan ədəbiyyatının inkişafında qadınlarımızın rolunun İranda təbliği istiqamətində mühüm vəsaitdir. Tədqiqatçı əsaslandırır ki, Azərbaycan qadını sülh və sabitlik, tərəqqi və inkişaf tərəfdarı, səxavət və qayğıkeşlik, düzlük və təmizlik, əxlaq və qeyrət nümunəsidir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov