Almaniyanın Köln şəhərində fəaliyyət göstərən Azərbaycan
Mədəniyyət Evi burada yaşayan azərbaycanlı uşaqlar üçün
məktəb layihəsi həyata keçirməyə başlayıb.
Məktəbin yaradılması zərurəti burada böyüyən uşaqların
milli-mədəni irsimizdən uzaq düşmələri ilə bağlıdır.
Hələlik kurslar formasında fəaliyyət göstərəcək məktəbdə
həftə sonları uşaqlara Azərbaycan dili, ədəbiyyatı,
tarixi, coğrafiyası və mədəni irsimizlə bağlı dərslər
keçiləcəkdir.
Bundan başqa, Azərbaycan əlifbası kursları, milli
rəqslər, tar, fortepiano, məktəb dərslərinə kömək və s.
kurslar da təşkil olunacaqdır.
Mədəniyyət Evinin tərkibində futbol klubunun da
fəaliyyət göstərəcəyi nəzərdə tutulub.
Hicran ƏKBƏROVA,
"Azərbaycan müəllimi" |