Azərbaycan Diplomatik Akademiyası (ADA) Şanxayda
keçirilən Çin Beynəlxalq Təhsil Sərgisində ilk dəfə
iştirak etmişdir.
AzərTAc xəbər verir ki, ADA-nın bu beynəlxalq tədbirdə
iştirakının məqsədi çinli tələbələri Azərbaycan
Diplomatik Akademiyasında təhsil almağa təşviq etmək
olmuşdur. Bu məqsədlə ADA çinli tələbələr üçün xüsusi
tam təqaüdlər təklif etmişdir.
Sərginin Azərbaycana aid pavilyonunda ADA-nın təhsil
proqramları, təqaüd sistemi, əcnəbi tələbələrin qəbulu,
akademiyanın yeni şəhərciyi və beynəlxalq əlaqələrinə
aid əyani vəsaitlər nümayiş olunmuş, sərgi
iştirakçılarına broşur və kitablar paylanılmışdır.
ADA-nı xarici tələbələrin qəbulu departamentinin
əməkdaşı Samirə Ağayeva təmsil etmişdir. Şanxayda təhsil
alan azərbaycanlı tələbələr Azərbaycanın sərgidə
iştirakına dəstək göstərmişlər. |