Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Noyabr 2013 - №43

 

"İctimai davranış qaydaları - gəncliyimizin qarantıdır!"

 

"Gələcək naminə" Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "İctimai davranış qaydaları - gəncliyimizin qarantıdır!" adlı layihənin icrasına başlayıb. Adıçəkilən layihənin məqsədi regionlarda vətəndaşlar arasında ictimai davranış qaydalarının təbliği, region gənclərini ətraf aləmə, cəmiyyətə, insanlığa daha duyarlı və diqqətli olmağa təşviq etmək, gənclərin ictimai davranış qaydalarının təbliği sahəsində fəaliyyətlərini dəstəkləmək və koordinə etmək, region gəncləri ilə paytaxt gəncləri, həmçinin qeyri-hökumət təşkilatları arasında əlaqələndirici rolunu oynamaq, regionda yaşayan və fəaliyyət göstərən xüsusi xidmət orqanlarının əməkdaşları ilə yerli vətəndaşlar arasında ictimai yaxınlığı daha da artırmaqdır.

Məlumat üçün bildirək ki, bu layihə Hacıqabul və Mingəçevirdə icra ediləcək. Hər bir regionda gənclərin ictimai davranış qaydaları haqqında ətraflı maarifləndirilməsi üçün görüşlər keçiriləcək.

Layihə müddətində gənclərin iştirakı ilə küçələrdə ictimai davranış qaydaları mövzusunda müxtəlif problemli situasiyalar qurulacaq və onların həmin situasiyalarda iştirakı təmin olunacaqdır. Bundan başqa, layihə çərçivəsində gənclərdən ibarət qrupun təşkil olunması nəzərdə tutulur.

Bu qrup vasitəsi ilə ictimai davranış qaydalarının təbliği daha geniş bir coğrafiyanı əhatə edəcək və bununla da həmin layihədən faydalanacaq şəxslərin sayı artacaqdır. 

Samirə KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov