Bərdədə Dövlət Bayrağı Günü münasibətilə silsilə
tədbirlər keçirilir
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli
sərəncamına əsasən hər il "9 noyabr -
Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü"
kimi qeyd olunur. Bərdə Rayon Təhsil Şöbəsi
metodmərkəzinin direktoru Xuraman Qurbanovadan
aldığımız məlumata görə, Bərdə RTŞ bu bayramla
əlaqədar gənc nəslin vətənpərvərlik ruhunun daha
da yüksəldilməsi, dövlətçiliyin təbliği, milli
atributlara, xüsusən dövlətimizin müstəqillik
rəmzi olan bayrağa hörmətin artırılması
məqsədilə "Bayrağımız qürur mənbəyimizdir" adlı
rəsm, "Vüqarı tükənməz üçrəngli bayraq" adlı
inşa, ""Bayraqlar içində seçilən bayraq" əl
işləri , müsabiqələr, idman yarışları və
"Azərbaycan Respublikasının Dövlət bayrağı
Azərbaycan dövlətinin suverenliyinin rəmzidir"
mövzusunda şagirdlərin iştirakı ilə seminar
keçirib. Bundan başqa, rayondakı akademik Zərifə
Əliyeva adına texniki fənlər təmayüllü
məktəb-liseydə, şəhər 1, 2, 3, 4, 5, 6, 7
nömrəli tam orta məktəblərdə və inklüziv
komponentli günü uzadılmış məktəbdə Dövlət
Bayrağı Gününə həsr edilmiş silsilə tədbirlər də
keçirilib.
Tədbirlərdə bu günün mahiyyətindən söhbət
açılıb, üçrəngli bayrağın dövlətçiliyimizin və
müstəqilliyimizin ən əziz, ən uca
atributlarından biri olduğu bildirilib. |
|
Sumqayıtda şagirdlərə düzgün peşə seçiminin
yolları öyrədilib
Sumqayıt şəhəri 16 nömrəli tam orta məktəbdə
yuxarı sinif şagirdləri ilə düzgün peşə seçimi
və uğurlu iş axtarışı üzrə ekspert-təlimçi Eyvaz
Qocayevlə görüş keçirilib. Görüşdə şagirdlərə
düzgün peşə seçimi etmələri, eləcə də onların
gələcəkdə cəmiyyətdə özlərinə doğru mövqe
tutmaları ilə bağlı dəyərli və faydalı
məsləhətlər verilib. Həmçinin təhsilin
əhəmiyyətindən, karyera yolunda uğurların
sirlərindən bəhs edilib.
Sonda şagirdlərin sualları cavablandırılıb. |
|
Masallıda "Məntiq-2013" intellektual oyunları
üzrə rayon birinciliyi
Noyabrın 1-də Masallı rayonundakı Gənclər
Mərkəzində orta ümumtəhsil məktəbləri arasında 9
noyabr - Bayraq Gününə həsr olunmuş
"Məntiq-2013" intellektual oyunları üzrə rayon
birinciliyi keçirilib. Yeniyetmələrin və
gənclərin dünyagörüşünün artırılması, onların
asudə vaxtlarının səmərəli təşkil olunması
məqsədi ilə keçirilən tədbirdə çıxış edən rayon
gənclər və idman idarəsinin rəisi Camal Manafov
"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə"
Dövlət Proqramının icrası istiqamətində görülən
işlərdən və qarşıda duran vəzifələrdən,
ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından
danışıb, yarış iştirakçılarına uğurlar
arzulayıb.
Rayonun 20 orta ümumtəhsil məktəbini təmsil edən
80 şagirdin iştirak etdiyi bilik yarışmasında
Qəriblər kənd tam orta məktəbi birinci, Ərkivan
3 nömrəli tam orta məktəbi ikinci, Digah 4
nömrəli və Yeyənkənd kənd tam orta məktəbləri
üçüncü yerlərə layiq görülüblər.
Qalib komandaların üzvlərinə diplomlar, medallar
və qiymətli hədiyyələr təqdim olunub. |
|
İsmayıllıda gənc müəllimlər bir arada
İsmayıllı
Rayon Təhsil Şöbəsində (RTŞ) gənc müəllimlərin
şura iclası keçirilib. Tədbirdə çıxış edən rayon
təhsil şöbəsinin metodisti Şəkurə Quliyeva ulu
öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə
göstərdiyi diqqət və qayğıdan danışıb. Prezident
İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı
islahatlardan söz açan metodist ölkədə bütün
sahələrdə əldə olunan nailiyyətlərdə gənclərin
də rolu olduğunu nəzərə çatdırıb. Prezident
İlham Əliyevin gəncliyin inkişafı istiqamətində
imzaladığı fərman və sərəncamların əhəmiyyəti
vurğulanıb.
Əməkdar müəllim Ramiz Baloğlanov, RTŞ
metodmərkəzinin direktoru Hümbət Əsədov, Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon
Komitəsinin sədri Hafiz Kərimov gənc müəllimlərə
quruculuq işlərində ön sırada olmağı, ölkəmizin
inkişafı üçün hər cür zəhmətə, fədakarlığa
qatlaşmağı tövsiyə ediblər.
Tədbirdə çıxış edən müəllimlərdən Şəkər
Hacıyeva, Surə Mehdiyeva, Elvin Əliyev, Sevda
İsmayılova rayonda təhsilin inkişafı, gənclər
arasında ideoloji işin düzgün qurulması
istiqamətində icrası mümkün olan layihələrlə
bağlı fikirlərini səsləndiriblər.
Sonda 21 nəfər gənc müəllim şuraya üzv seçilib. |
|
Ağstafa rayonunda yeni məktəb binasının təməli
qoyulub
Ağstafa
rayonunun Eynallı kəndində 300 yerlik yeni
məktəb binasının təməlqoyma mərasimi keçirilib.
Mərasimdə rayon ictimaiyyəti, təhsil işçiləri və
kənd sakinləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan rayon icra
hakimiyyətinin başçısı Məhərrəm Quliyev məktəb
binasının tikintisinin başlanılması münasibətilə
kənd sakinlərini və müəllim kollektivini təbrik
edib. Son illərdə rayonda aparılan
tikinti-quruculuq işləri barədə ətraflı məlumat
verən M.Quliyev bildirib ki, rayonun ümumtəhsil
məktəblərinin maddi-texniki bazasının
möhkəmləndirilməsi istiqamətində məqsədyönlü
işlər aparılır.
Ənənəvi olaraq hər tədris dövründə yeni məktəb
binaları istifadəyə verilir. Qeyd edilib ki,
cari tədris ilində 3 məktəb binası tikilib,
Kolxəlfəli məktəbinin təməli qoyulub, yaxın
zamanlarda isə daha 5 məktəb binasının
tikintisinə başlanılması nəzərdə tutulub.
Sonra şəhid atası Rza İsmayılov, məktəbin
direktoru Mövsüm Paşayev, kənd ağsaqqalı Teyyub
Hüseynov və başqaları çıxış edərək yeni məktəb
binasının tikintisinə görə ölkə Prezidenti cənab
İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonra məktəb binasının təməli qoyulub. |
|
Ağsuda məktəblər qış mövsümünə hazırdır
Hazırda respublikamızın təhsil ocaqlarında
2013-2014-cü il payız-qış mövsümünə hazırlıqla
bağlı işlər aparılır. Ağsu Rayon Təhsil
Şöbəsinin müdiri Tahir Xasıdan aldığımız
məlumata görə rayonda 70 ümumtəhsil məktəbi və 4
məktəbdənkənar müəssisə fəaliyyət göstərir.
Qış mövsümünə hazırlıqla əlaqədar rayonun
Ağabəyli kənd tam orta məktəbində əsaslı, Gəgəli
kənd ümumi, Navahi kənd ibtidai məktəblərində
cari təmir işləri aparılıb. 14 tam orta və 2
ümumi orta məktəbin istilik sistemi müasir
tələblər səviyyəsində qurulub. Məktəblərin
elektrik şəbəkəsindəki nasazlıqlar aradan
qaldırılıb, təhsil ocaqlarında yanğına cavabdeh
şəxslər müəyyənləşdirilib. Daxili imkanlar
hesabına sınmış qapı-pəncəə şüşələri bərpa
edilib, məktəblərin dam ortüyündəki xırda
çatışmazlıqlar aradan qaldırılıb.
Hazırladı: Niyazi RƏHİMOV |
|