Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Noyabr 2013 - №43

 

Sənət ustaları məktəbin qonağı oldular

 

Bakıdakı Osman Mirzəyev adına 190 nömrəli tam orta məktəbdə aktyorlarla görüş keçirildi. Görüşdə respublikanın xalq artisti Rafiq Əzimov, əməkdar artistlərdən Sabir Məmmədov, Mehriban Xanlarova və əməkdar mədəniyyət işçisi Atabala İsmayıl oğlu iştirak edirdi. Tədbiri giriş sözü ilə məktəbin direktoru, əməkdar müəllim Afət Bakıxanova açaraq qonaqları salamladı və teatr haqqında  fikirlərini söylədi. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, əməkdar müəllim Qənirə Əmircanova əsası XIX əsrdə M.F.Axundov tərəfindən qoyulmuş Azərbaycan dramaturgiyasından söz açdı. Bildirildi ki, yetişən nəslin təlim- tərbiyəsində canlı ünsiyyət olan teatrın xidmətləri əvəzsizdi.

Tədbirdə çıxış edən respublikanın xalq artisti Rafiq Əzimov yaradıcılığından söhbət açaraq çəkildiyi filmlərdən, oynadığı rollardan danışdı. Əməkdar artistlərdən Sabir Məmmədov, məktəbin məzunu Mehriban Xanlarova səmimi söhbətləri və onlara ünvanlanmış suallara cavabları ilə tədbiri daha maraqlı etdilər.

Sonda məktəbin "Təbəssüm" rəqs qrupunun çıxışı və V sinif  şagirdi Əzizəxanımın söylədiyi şeirləri alqışlarla qarşılandı. Məktəbin direktoru A.Bakıxanova dəyərli vaxtlarını uşaqlara sərf edib məktəbə gəldikləri üçün sənət adamlarına təşəkkür edib, işlərində uğurlar arzuladı. 

Leyla MÜRSƏLİYEVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov