III
Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Bakı
Dövlət Universiteti ilə dünyanın 6 universiteti
arasında anlaşma memorandumları imzalanıb.
Memorandumları BDU-nun rektoru, akademik Abel
Məhərrəmov, Maksim Tank adına Belarus Dövlət Pedaqoji
Universitetinin rektoru Pyotr Kuxarçuk, Çex Respublikası
Plaska Universitetinin rektoru Miroslav Maşlan, Ukrayna
Prezidenti yanında Dövlət İdarəetmə Akademiyasının
rektoru Yuri Kovbasyuk, Estoniyanın Tartu
Universitetinin rektoru Volli Kalm, İtaliyanın Siena
Universitetinin rektoru Angelo Riccaboni, Mərakeş
Krallığının Məhəmməd V Universitetinin rektoru Vail
Benjelloun imzalayıblar.
Sənədlərdə tədqiqatçı aspirant və magistrantların
mübadiləsi, birgə layihələr üzrə elmi araşdırmaların
aparılması, alimlərin və müəllimlərin ixtisaslarının
artırılması məqsədi ilə təcrübə mübadiləsi, birgə
seminar və konfransların təşkili, qarşılıqlı maraq
doğuran layihə və proqramlarda birgə iştirak məsələləri
nəzərdə tutulub.
BDU-nun Mətbuat və informasiya şöbəsi |