Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Noyabr 2013 - №43

 

"Gələcək nəsillərlə üz-üzə" V ümumrespublika inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb

 

Böyütmək üçün şəkili seçin Noyabrın 4-də Təhsil Nazirliyində "Gələcək nəsillərlə üz-üzə" V ümumrespublika inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilmişdir.

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Minilliyin Layihəsinin Azərbaycan Bölməsi - Azərbaycan Futuroloqlar Cəmiyyətinin birgə layihəsi olan və orta məktəblərin IX-XI sinif şagirdlərini, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrini əhatə edən "Gələcək nəsillərlə üz-üzə" ümumrespublika inşa müsabiqəsi ölkəmizdə 2007-ci ildən həyata keçirilir.

Tədbir iştirakçılarını salamlayan təhsil naziri Mikayıl Cabbarov bu təşəbbüsü yüksək qiymətləndirərək, qlobal çağırışların dəyərləndirilməsinin və gənc nəsil arasında öyrənilməsinin vacibliyini, bunun orta məktəblərdə və ali təhsil müəssisələrində diqqət mərkəzində olmasının mühüm əhəmiyyət daşıdığını bildirmişdir.

Mərasimdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov müsabiqənin əsas devizi olan 15 qlobal çağırışın şagird və tələbələrin diqqət mərkəzinə gətirməsini yüksək dəyərləndirərək, bu missiyanın təhsilalanların  həyata baxışlarının və peşə seçimlərinin daha düzgün formalaşmasında mühüm rol oynayacağını vurğulamışdır.

Gənclər və idman naziri Azad Rəhimov qalibləri təbrik etmiş və bu layihənin gənclər arasında yeni ideya axtarışlarına səbəb olduğunu bildirmişdir.

Müsabiqənin qlobal istiqamətlərinin kifayət qədər geniş çevrə cızdığını bildirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova dünyanın gələcək taleyinin bu çağırış fəlsəfəsinə gənclərin necə reaksiya göstərəcəyindən asılı olduğunu diqqətə çatdırmışdır.

"Qlobal Minillik Prizi" müsabiqənin ideya müəllifi və Minilliyin Layihəsinin Meksika Bölməsinin sədri xanım Konsepsion Olavarrietab və Minilliyin Layihəsinin Tədqiqat Mərkəzinin direktoru Elizabet Floresku da çıxış edərək müsabiqənin yüksək səviyyədə təşkilindən razılıqlarını ifadə etmişlər.

Müsabiqəyə təqdim olunmuş 890 inşa yazı arasından 15 nominasiya (qlobal çağırış) üzrə ilk üç yerə layiq görülmüş 51 nəfər finala çıxmışdır. Bunlardan 18-i tələbə, 33 nəfəri isə şagirddir.

Müsabiqənin finalçıları arasında Bakı, Sumqayıt, Gəncə, İsmayıllı, Kürdəmir, Qax, Mingəçevir, Yardımlı, Xızı və Hacıqabuldan olan məktəblilərlə yanaşı, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Tibb Universiteti, Gəncə Dövlət Universiteti, Bakı Biznes Universiteti, Bakı Avrasiya Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri də vardır.

Sonda müsabiqənin qaliblərinə qiymətli hədiyyələr təqdim olunmuşdur.

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov