Azərbaycan Diplomatik Akademiyası (ADA) ilə Böyük
Britaniyanın Qlazqo Universiteti arasında Anlaşma
Memorandumu imzalanıb.
Memorandum ADA-nın tədris işləri üzrə prorektoru Patrik
Kvinn və Qlazqo Universitetinin Sosial Elmlər
İnstitutunun icraçı prorektoru Anne Anderson tərəfindən
imzalanıb.
ADA-nın mətbuat xidmətindən AzərTAc-a bildirilib ki,
sənədə əsasən hər akademik semestrdə ali təhsil ocaqları
arasında tələbə mübadiləsi proqramı həyata
keçiriləcəkdir. Hər semestr iki tələbə bu proqramda
iştirak etmək hüququ qazanacaqdır. Həmçinin ADA və
Qlazqo Universiteti arasında tələbələr üçün akademik və
mədəni, o cümlədən tədqiqat mübadiləsi proqramlarının
həyata keçirilməsi razılaşdırılıb.
P.Kvinn imzalanmış Anlaşma Memorandumunun, əməkdaşlıq
çərçivəsində həyata keçiriləcək birgə proqramların hər
iki ali təhsil ocağının müəllim-tələbə heyəti üçün
əhəmiyyətindən danışıb.
Böyük Britaniyanın dörd ən qədim təhsil ocaqlarından
biri olan və Şotlandiyada fəaliyyət göstərən Qlazqo
Universiteti 1451-ci ildə yaradılıb. |