Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 Noyabr 2013 - №42

 

Tələbələr xüsusi qayğıya ehtiyacı olan uşaqları sevindiriblər

 

 Sumqayıt Dövlət Universitetinin təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün musiqili-əyləncəli tədbir keçirilib. Qızıl Aypara Cəmiyyəti  Sumqayıt şəhər bölməsinin "Əlil uşaqların sosial inteqrasiyası" layihəsindən olan  əlil uşaqlar üçün süfrə açılıb, konsert, əyləncəli oyunlar təşkil edilib.

Tədbirdə Qızıl Aypara Cəmiyyətinin Sumqayıt təşkilatının könüllüləri, universitetin müəllim və tələbələri iştirak ediblər.

Mərasimdə çıxış edən SDU-nun baş müəllimi, YAP Sumqayıt şəhər təşkilatının sədr müavini Elmar Xəlilov, QAC Sumqayıt şəhər təşkilatının sədri Mətanət Məhərrəmova, SDU-nun tələbə-gənclər təşkilatının sədri Aytən Nəciyeva və başqaları bu aksiyaya dəstək göstərən hər bir kəsə minnətdarlıqlarını bildirib, xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstəyin vacibliyini qeyd ediblər.

Sonda isə Sumqayıt Dövlət Universitetinin tələbələri əlil uşaqlara öz hədiyyələrini təqdim edib, onları sevindiriblər.

Qeyd edək ki, tədbirdə 30-dan artıq əlil uşaq iştirak edib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov