| 
						
						Heydər Əliyev adına Müasir Təhsil Kompleksində "Rollu 
						oyunlar" adlı əyləncəli tədbir keçirilib. 
						
						Məktəbdən AzərTAc-a bildirmişlər ki, kompleksin 
						direktoru Sevinc Rzayeva belə tədbirlərin şagirdlərdə 
						məntiqi təfəkkürün inkişaf etdirilməsi və müxtəlif 
						situasiyalardan çıxış yolları tapmaq vərdişlərinin 
						aşılanması baxımından çox əhəmiyyətli olduğunu qeyd 
						edib. Məktəbin akt zalında keçirilmiş əyləncəli tədbirdə 
						X-XI sinif şagirdlərindən ibarət üç komanda iştirak 
						edib. Komandalara verilmiş mövzular üzrə çıxışlar 
						tamaşaçıların böyük marağına səbəb olub. Sonda direktorun müavini Gülnar Osmanova çıxış edərək bu 
						cür tədbirlərin davamlı olacağını vurğulayıb. |