| 
						
						Bu günlərdə "Yaradıcı Gənclərə Dəstək" İctimai Birliyi 
						Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər 
						Fondunun dəstəyi ilə Ağdam rayonunun Quzanlı qəsəbəsində 
						"Gənclərin vətənpərvərlik tərbiyəsi və onların hərbi 
						xidmətə hazırlığı" layihəsi çərçivəsində gənclər üçün 
						seminar-treninq keçirib. 
						
						Tədbirin açılış mərasimində Laçın Rayon Gənclər və İdman 
						İdarəsinin rəisi Natiq Mustafayev çıxış edərək bu 
						layihənin məcburi köçkün gənclər üçün əhəmiyyətindən 
						danışıb. Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə 
						şəhid olan oğullarımızın şərəfli döyüş yolundan söz açan 
						natiq şəhidlərimizin həyatının gənclərimiz üçün örnək 
						olduğunu xüsusi vurğulayıb. 
						
						İki gün davam edən seminar-treninqin sonunda gənclərə 
						"Yaradıcı Gənclərə Dəstək" İctimai Birliyi tərəfindən 
						sertifikatlar təqdim olunub. 
						
						Növbəti belə seminar-treninqlər Ağcabədi və Laçın 
						rayonlarında da keçiriləcəkdir.  
						
						Samirə KƏRİMOVA |