| 
						
						"Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum 
						olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan 
						Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" 
						Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 
						629-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan 
						Respublikası Prezidentinin 2013-cü il 16 may tarixli 
						2896 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin 
						etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər 
						Kabineti 
						
						  
						
						
						QƏRARA ALIR:  
						
						Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il  
						21 yanvar tarixli  9 nömrəli qərarı (Azərbaycan 
						Respublikasının Qanunvericilik Toplusu, 2011, № 1, maddə 
						62; 2012, № 5, maddə 485, № 10, maddə 1006) ilə təsdiq 
						edilmiş 1 nömrəli əlavə - "Ali təhsil müəssisəsinin 
						Nümunəvi Nizamnaməsi"nin 1.25-ci bəndinə aşağıdakı 
						məzmunda ikinci abzas əlavə edilsin: 
						
						"Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum 
						olmuş uşaqlar, habelə onların arasından olan şəxslər 
						dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində 
						ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil 
						haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.".  
						
						
						Artur RASİ-ZADƏ,Azərbaycan Respublikasının Baş naziri
 Bakı şəhəri, 24 oktyabr 2013-cü il
 № 313
 |