| 
						
						Naxçıvan Özəl Universitetinin tələbələrinin vaxtaşırı 
						olaraq tarixi abidələrə, muzeylərə ekskursiyaları təşkil 
						edilir, onların əlavə biliklərə yiyələnməsində 
						müəllimlər səy və bacarıqlarını əsirgəmir. Həmin 
						qəbildən olan tədbirlərin davamı olaraq  bu günlərdə 
						universitetin xarici dil (hazırlıq) ixtisasının I kurs 
						tələbələri ekskursiya məqsədi ilə Culfa rayonunun 
						Xanəgah kəndində yerləşən Fəzlullah Nəiminin məzarüstü 
						abidəsini ziyarət  ediblər. Ekskursiya ərzində tələbələr 
						ingilis dilində danışıblar, universitetin xarici dil 
						müəllimi Könül Babayeva gənclərə Nəiminin həyat və 
						yaradıcılığı ilə bağlı ətraflı məlumat verib. 
						 
						
						Sonda tələbələr xarici dildə slayd nümayiş etdiriblər. 
						Məlumat üçün qeyd edək ki, bu cür ekskursiyalar qədim 
						diyarımızın digər guşələrində də təşkil ediləcəkdir.  
						
						
						Nuray ƏSGƏROVA,Naxçıvan Özəl Universitetinin Mətbuat xidmətinin rəhbəri
 |