Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 Noyabr 2013 - №42

 

Türkiyədə səfərdə olan tarixçi alimlərimiz azərbaycanlı tələbələrlə görüşüblər

 

Türkiyənin Eskişehir şəhərində keçirilən beynəlxalq simpoziumda iştirak edən AMEA Tarix İnstitutunun alimləri bu şəhərdəki universitetlərdə təhsil alan gənclərimizlə görüşmüşlər.   AzərTAc xəbər verir ki, Eskişehir Azərbaycanlılar Dərnəyində keçirilmiş görüşdə Milli Məclisin deputatı, professor Yaqub Mahmudov Türkiyə-Azərbaycan əlaqələrinin keçmişi və bu günü haqqında fikirlərini tələbələrlə bölüşmüşdür.

Milli Məclisin deputatı, professor Musa Qasımlı isə gənclərimizə son illər Azərbaycanda gedən sürətli iqtisadi, sosial və mədəni inkişafdan bəhs etmişdir. Bu inkişafın əsas səbəbinin ulu öndərimiz Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs olduğunu diqqətə çatdıran alim vurğulamışdır ki, oktyabrın 9-da keçirilmiş prezident seçkilərində İlham Əliyevin parlaq qələbəsi xalqımızın bu siyasətə dəstəyinin təzahürüdür. O, xaricdə yaşayan gənclərimizin də sosial şəbəkələrdə ölkəmizə qarşı böhtanlara qarşı daha fəal olmalarının zəruriliyini də diqqətə çatdırmışdır.

Professor Ədalət Tahirzadə və dosent Kəmalə Ələkbərova qardaş Türkiyədə təhsil alan gənclərimizin əsas vəzifəsinin yüksək biliklərə yiyələnmək və Vətənə yaxşı bir mütəxəssis kimi dönmək olduğunu söyləmişlər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov