Təhsil Nazirliyi tərəfindən Bakıdakı Tahir Həsənov adına
23 nömrəli tam orta məktəbin VI-X sinif şagirdlərinin
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğuna
ekskursiyaları təşkil edilmişdir.
Azərbaycan tarixi, Azərbaycan dili və ədəbiyyat
dərslərinin qarşılıqlı inteqrasiyasına həsr olunmuş
ekskursiyalar məktəblilər tərəfindən böyük maraqla
qarşılanmışdır.
İki hissədən ibarət olan ekskursiyalar zamanı açıq səma
altında keçirilmiş dərslərdə şagirdlər xüsusi fəallıq
göstərmişlər. Təsadüfi deyil ki, açıq səma altındakı
dərslərdə məktəblilər daha çevik və yaradıcı təfəkkür
nümayiş etdirmişlər. Belə dərslərdə şagirdlər sinif
yoldaşları ilə ünsiyyətə daha çox meyil göstərir və
qarşılıqlı əməkdaşlığa üstünlük verirlər. Bütün bunlar
təlimin keyfiyyətinin yüksəldilməsi və şagirdlərin
potensial imkanlarının üzə çıxarılması baxımından mühüm
əhəmiyyət kəsb edir.
***
Bakıdakı 160 nömrəli klassik gimnaziyanın VI-X sinif
şagirdlərinin Təhsil Nazirliyi tərəfindən "Qala" Dövlət
Tarix-Etnoqrafiya Qoruğuna ekskursiyaları təşkil
olunmuşdur.
900 şagirdin iştirak etdiyi ekskursiyalar həm
müəllimlər, həm də şagirdlər tərəfindən maraqla
qarşılanmışdır. Şagirdlər öncə qoruqdakı "Qala"
Arxeolojı-Etnoqrafik Muzey Kompleksini və "Qala" Əntiq
Əşyalar Muzeyini gəzərək Qala qəsəbəsinin tarixi
haqqında məlumat əldə etmişlər. Qala qəsri və qoruq
ərazisindəki digər abidələrlə tanışlıq da məktəblilərdə
böyük təəssürat yaratmışdır.
Ekskursiyalar zamanı şagirdlər maraqlı şəkillər çəkmiş,
tarixi faktlar toplamış, ulu əcdadlarımızın həyat tərzi
və sənətləri ilə yaxından tanış olmuşlar.
Məktəblilər Azərbaycanın zəngin tarixi, maddi-mədəni
abidələri ilə tanışlığa imkan verən və Vətənə sevgi
hissi aşılayan müvafiq ekskursiyalarda gələcəkdə də
böyük məmnuniyyətlə iştirak etməyə hazır olduqlarını
bildirmişlər. |