Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 Noyabr 2013 - №42

 

İlk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətinin dəstəklənməsi barədə ikitərəfli əməkdaşlıq memorandumları imzalanıb

 

Böyütmək üçün şəkili seçinOktyabrın 25-də Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Dövlət Neft Şirkəti və "Azərsu" Açıq Səhmdar Cəmiyyəti arasında ilk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətinin dəstəklənməsi barədə ikitərəfli əməkdaşlıq memorandumlarının imzalanması mərasimi keçirilmişdir.

Müvafiq memorandumların imzalanması Azərbaycan iqtisadiyyatının yüksək templə davam edən inkişafına töhfə vermək, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına müvafiq olaraq əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığı sisteminin təkmilləşdirilməsini, işəgötürən təşkilatlarla əlaqələrin möhkəmləndirilməsini təmin etmək məqsədlərinə xidmət edir. Həmçinin, memorandumlarda peşə təhsili üzrə təhsilverənlərin və təhsilalanların bilik və bacarıqlarının artırılması, onların elmi-texniki yeniliklərə yiyələnməsi istiqamətində birgə tədbirlərin həyata keçirilməsi və peşə təhsili sisteminin ictimai statusunun yüksəldilməsi məsələləri əksini tapmışdır.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov mərasim iştirakçılarını salamlamışdır. Nazir Təhsil Nazirliyi ilə Dövlət Neft Şirkəti və "Azərsu" Açıq Səhmdar Cəmiyyəti arasında ilk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətinin dəstəklənməsi barədə ikitərəfli əməkdaşlıq memorandumlarının imzalanmasının əhəmiyyətindən bəhs etmişdir. Təhsil Nazirliyi tərəfindən ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul planı müəyyənləşdirilərkən Dövlət Neft Şirkəti və "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin ehtiyaclarının nəzərə alınacağını vurğulayan təhsil naziri əməkdaşlıq çərçivəsində müvafiq ixtisaslar üzrə tələb olunan peşə təhsili standartlarının, fənn kurikulumlarının birgə hazırlanmasının nəzərdə tutulduğunu bildirmişdir.

Böyütmək üçün şəkili seçinNazir ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri üçün istehsalat təcrübəsinin təşkili, onların ödənişli yay təcrübəsi proqramına qəbul edilməsi, ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan mühəndis-pedaqoji heyət üçün müvafiq treninqlərin keçirilməsi məsələlərinin də nəzərə alındığını söyləmişdir. İlk peşə-ixtisas təhsilinin nüfuzunun yüksəldilməsi, yeniyetmələrin texniki peşələrə yiyələnməyə həvəsləndirilməsinin zəruriliyini bildirən təhsil naziri birgə proqramların hazırlanması, həyata keçirilməsi, birgə araşdırmaların, müzakirələrin və debatların təşkili baxımından qarşıda duran vəzifələr barədə məlumat vermişdir.

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev ilk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətinin dəstəklənməsi və ehtiyac duyulan ixtisaslar üzrə kadrların hazırlanması istiqamətində Təhsil Nazirliyi ilə əməkdaşlığın uğurlu nəticələr verəcəyinə əmin olduğunu bildirmişdir. Dövlət Neft Şirkətinin prezidenti qeyd etmişdir ki, Azərbaycan iqtisadiyyatının sürətli inkişafı nəticəsində ölkəmizin əmək bazarında daha yüksək səviyyəli və ixtisaslaşmış işçi qüvvəsinə yaranmış ehtiyacın ödənilməsində müvafiq əməkdaşlıq münasibətlərinin mühüm rolu vardır.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov ölkəmizin əksər yaşayış məntəqələrini içməli su ilə təmin etmək üçün hazırlanmış layihələrin uğurla həyata keçirildiyini nəzərə çatdırmışdır. Təhsil Nazirliyi ilə qarşılıqlı əməkdaşlığın peşəkar kompetensiyalara malik müvafiq mütəxəssislərin hazırlanması işinə sistemli yanaşmağa imkan verdiyini vurğulayan "Azərsu" ASC-nin sədri birgə səylərlə qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetiriləcəyinə əminliyini ifadə etmişdir.

Sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Dövlət Neft Şirkəti və "Azərsu" Açıq Səhmdar Cəmiyyəti arasında ilk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətinin dəstəklənməsi barədə ikitərəfli əməkdaşlıq memorandumları imzalanmışdır.

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov