"Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum
olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli
629-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2013-cü il 16 may tarixli
2896 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin
etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il
14 yanvar tarixli 7 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011, № 1, maddə
60; 2012, № 5, maddə 484, № 6, maddə 625, № 10, maddə
1008) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - "Orta ixtisas
təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin 1.21-ci
bəndinə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:
"Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum
olmuş uşaqlar, habelə onların arasından olan şəxslər
dövlət, bələdiyyə və özəl orta ixtisas təhsili
müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları
müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına
ödənilir.".
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 24 oktyabr 2013-cü il
№ 312 |