"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli
Fərmanına əsasən və Azərbaycan Respublikası Təhsil
Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan
Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il
23 aprel tarixli 77 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010, № 4, maddə
367) ilə təsdiq edilmiş "İlk peşə-ixtisas təhsili
pilləsinin dövlət standartı və proqramı (kurikulum)"nın
14-cü hissəsinin mətninin ikinci abzasının sonuna
aşağıdakı məzmunda cümlə əlavə edilsin:
"Sənətşünaslıq, mədəniyyət və incəsənət" peşə
istiqamətində "030104 Memarlıq hissələrinin
modelləşdirilməsi və yapılması", "030105 Dekorativ suvaq
və yapma məmulatlarının bərpası", "030106 İnşaat
işlərinin bərpası", "030108 Daş və ağac memarlıq
abidələrinin bərpası", "030109 Musiqi alətlərinin
bərpası", "030110 İnteryer və eksteryerin bədii
tərtibatı", "030112 Ağacdan, keramikadan, metaldan
hazırlanan bədii məmulatlar" ixtisas qrupları üzrə,
"İqtisadiyyat, xidmət, avtomatika və idarəetmə" peşə
istiqamətində "030207 Kino-video nümayişi", "030211
Fotoqraf işi" ixtisas qrupları üzrə və "İlkin tələbat və
ərzaq mallarının texnologiyası" peşə istiqamətində
"030819 Modelçilik və dizayner" ixtisas qrupu üzrə peşə
hazırlığı həyata keçirilən tədris qruplarında orta
sıxlıq 10 nəfərdən az olmamaqla müəyyən edilə bilər.".
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 18 oktyabr 2013-cü il
№ 307 |