"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli
Fərmanına əsasən, Azərbaycan Respublikası Təhsil
Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan
Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il
23 aprel tarixli 76 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010, № 4, maddə
366; 2012, № 10, maddə 1003) ilə təsdiq edilmiş "Orta
ixtisas təhsili pilləsinin dövlət standartı və
proqramı"nda aşağıdakı dəyişikliklər edilsin:
1. 8.5-ci bəndə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:
"İxtisasın təhsil müddətindən asılı olaraq, orta ixtisas
təhsili pilləsində tam orta təhsil bazasından
təhsilalanlar üçün 120-180, ümumi orta təhsil bazasından
təhsilalanlar üçün isə 180-240 kredit müəyyənləşdirilir.
Müəyyən olunmuş kreditlərin tələbələr tərəfindən
qazanılması məcburidir.".
2. 8.6.1-ci, 8.6.4-cü və 8.6.5-ci yarımbəndlər aşağıdakı
redaksiyada verilsin:
"8.6.1. Təhsilalanların auditoriya dərsləri həftədə 30
saatı aşmamalıdır. Tədris planında tədris işinin həcmi
kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30
saata bərabərdir.
8.6.4. Tədris ili iki semestrdən (payız və yaz)
ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 (altı)
həftəlik yay semestri də təşkil oluna bilər.
8.6.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti
40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5
həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil
forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16
həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası)
ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir.".
3. 8.6.7-ci yarımbənddə "7-12" rəqəmləri "8-12"
rəqəmləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 11 oktyabr 2013-cü il
№ 299 |