Oktyabrın 22-də Astara Rayon İcra Hakimiyyətində
Gürcüstanın Saçxeri rayonunda məşhur boksçu Çabuki
Çiqladzenin xatirəsinə həsr olunmuş yeniyetmə
boksçuların beynəlxalq turnirində yüksək nəticələr
qazanmış idmançılarla görüş keçirilib.
AzərTAc xəbər verir ki, Beynəlxalq turnirdə Astara Boks
Mərkəzinin yetirmələrindən Elmar Məmmədov 60, Əli
Xaniyev 52, Füzuli Tağıyev 50, İmaməli Məmmədov 46,
Hüseyn Sadıxov 43 kiloqram çəkidə birinci, İmaməli
Həsənov 44,5 və Kamil Kərimzadə 38,5 kiloqram çəkidə
üçüncü yeri tutublar.
Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev
yeniyetmə boksçuları qazandıqları idman uğurları
münasibətilə təbrik edib.
Görüşdə çıxış edən gənclər və idman idarəsinin rəisi
Ərçə Əliyev, yeniyetmə boksçulardan Elmar Məmmədov, Əli
Xaniyev və başqaları ölkəmizdə idmanın inkişafına, onun
maddi-texniki bazasının möhkəmləndirilməsinə və
idmançılara göstərilən yüksək qayğı və diqqətə görə
Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda beynəlxalq turnirdə uğur qazanmış
boksçulara hədiyyələr təqdim edilib. |